AZ
RU
EN
XƏBƏRLƏR
10 Mart 2018
Gənc qılıncoynadanlarımız komanda yarışlarında iştirak edib

Rusiyanın Soçi şəhərində keçirilən yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatı davam edir

Martın 2-i start götürən turnirin növbəti yarış günündə sablya, şpaqa və rapira növlərində komanda yarışları baş tutub. Gənc qılıncoynadanlarımız şpaqa və sablya növlərində keçirilən komanda yarışlarında qüvvəsini sınayıb. Xalid Əsədov, Qərib İbrahimov və Cavanşir Ağakişiyevdən ibarət sablya üzrə komandamız Polşa komandası ilə qarşılaşıb. Görüş polşalı sablyaçıların 45:36 hesablı qələbəsi ilə başa çatıb. Məryəm Məlikova, Məryəm Sadıxova və Azərin İdriszadədən ibarət şpaqa üzrə komandamız isə çexiyalı şpaqaçılarla qarşılaşıb. Çex Respublikası bu görüşdə 45:19 hesabı ilə qələbə qazanıb. Soçidə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına sabah yekun vurulacaq.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: