AZ
RU
EN
XƏBƏRLƏR
11 Mart 2018
Gənc qılıncoynadanlarımız Avropa çempionatında çıxışını başa vurdu

Rusiyanın Soçi şəhərində keçirilən yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatı bu gün başa çatır 

Turnirin sonuncu yarış günündə Fərrux Səfərov, Barat Quliyev və Xalid Əsədovdan ibarət şpaqa üzrə komandamız İsveç yığması ilə qarşılaşıb. Görüş İsveç komandasının 45:23 hesablı qələbəsi ilə başa çatıb. Nərminə Cəfərova, Aysel Əhədova və Ayla Muradzadədən ibarət sablya üzrə komandamız isə komanda yarışında Polşa yığması ilə üz-üzə gəlib. Polşalı sablyaçılar komandamızı 45:27 hesabı ilə məğlub edib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: