AZ
RU
EN
XƏBƏRLƏR
19 Mart 2018
Qadın sablyaçılarımız Dünya Kubokunda 14-cü oldu

Sablya üzrə qadınlardan ibarət yığma komandamız Yunanıstanın Afina şəhərində keçirilən Dünya Kuboku yarışında iştirak edib. 

Təmsilçilərimizdən şəxsi yarışlarda Nərminə Cəfərova və Aysel Əhədova qrup mərhələsini adlaya bilməyib. Sevil və Sevinc Bünyatova bacıları isə qrup mərhələsi çərçivəsində hərəyə 3 qələbə qazanmaqla pley-offa vəsiqə qazanıb. Sevinc Bünyatova pley-off mərhələsi çərçivəsində keçirdiyi ilk görüşdə almaniyalı Katerina Peterə uduzub. Sevil Bünyatova isə pley-offda keçirdiyi ilk görüşdə amerikalı Monika Aksamita qalib gəlib. Təmsilçimiz 1/64 finalda polşalı Silviya Matuzaka uduzub.

Komanda yarışlarında isə sablyaçılarımız ilk görüşündə Qazaxıstan yığmasına qalib gəlməklə, 1/16 final mərhələsinə yüksəlməyi bacarıb. Bu mərhələdə sablya üzrə qadınlardan ibarət komandamız İtaliyaya uduzub. Komandamız 9-16-cı yerlər uğrunda görüşdə, polşalı sablyaçılara uduzub. Komandamız 13-16-cı yerlər uğrunda görüşdə Honkonqa qalib gəlsə də, 13-14-cü yerlər uğrunda görüşdə Almaniyaya uduzub və komanda yarışında Dünya Kubokunu 14-cü pillədə başa vurub. 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: