AZ
RU
EN
XƏBƏRLƏR
02 Aprel 2018
Yeniyetmə şpaqaçılarımız fərdi yarışda çıxışını başa vurdu

İtaliyanın Verona şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyi davam edir.

Yığma komandamız turnirin ikinci yarış günündə 3 yeniyetmə şpaqaçı ilə təmsil olunub. Təmsilçilərimizdən Barat Quliyev ilkin qrup mərhələsində hindistanlı, litvalı, fillipinli və kiprli rəqibləri üzərində qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazanıb. Quliyev Macarıstan təmsilçisi Daniel Kovaca 7:15 hesabı ilə uduzub. 
Digər yeniyetmə şpaqaçımız Xalid Əliyev də ilkin qrup mərhələsində 4 qələbə qazanıb. Qılıncoynadanımız  ABŞ,Qətər,Honkonq və Bolqarıstanı təmsil edən şpaqaçılarla dueldən qalib ayrılıb. Xalid Əliyev növbəti mərhələdə ukraynalı Maksim Kariçenkoya 5:15 hesabı ilə məğlub olub. 
Daha bir təmsilçimiz Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb. Yeniyetmə şpaqaçımız qrup mərhələsində yalnız iranlı Məhəmməd Rezaini məğlub etməyi bacarıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: