AZ
RU
EN
XƏBƏRLƏR
04 Aprel 2018
İtaliyada keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində sablyaçıların yarışına start verildi

Bu gün İtaliyanın Verona şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində sablyaçıların yarışına start verilib.

Turnirin 4-cü yarış günündə gənc sablyaçıların fərdi yarışında qaliblər müəyyənləşib. Komandamız sablyaçıların fərdi mübarizəsində ümumilikdə 5 qılıncoynadanla təmsil olunub. Təmsilçilərimizdən Aysel Əhədova və Nərminə Cəfərova ilkin qrup mərhələsini uğurla adlayıblar. Əhədova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Burada meksikalı sablyaçıya qalib gələn Aysel pley-off çərçivəsində keçirdiyi növbəti görüşdə italiyalı Beatris Dalla Vecciyaya məğlub olub. Qrup mərhələsini 2 qələbə ilə başa vuran Nərminə Cəfərova da növbəti mərhələyə vəsiqə qazanmağı bacarıb. Təmsilçimiz növbəti mərhələdə ispaniyalı Ainhoa Perezə uduzub.
Gənc kişi sablyaçıların mübarizəsində isə komandamız 3 iştirakçı ilə təmsil olunub. İlkin qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gələn Cavanşir Ağakişiyev növbəti mərhələdə fransalı Sebastyan Patrisə məğlub olub. Qrup mərhələsi çərçivəsində keçirdiyi görüşlərdə 2 qələbə qazanan Qərib İbrahimov isə növbəti mərhələdə almaniyalı Frederik Kayndlerə uduzub. İlkin qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qalib gəlməyi bacaran Xalid Əsədov isə mübarizəni erkən dayandırıb. 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: