AZ
RU
EN
XƏBƏRLƏR
28 Aprel 2018
Kənan Əliyev Xorvatiyada keçirilən beynəlxalq turnirdə 13-cü oldu

Şpaqaçımız Kənan Əliyev Xorvatiyanın Split şəhərində keçirilən beynəlxalq "Satellite" turnirində iştirak edib.

Təmsilçimiz 25 ölkədən 55 idmançının qatıldığı turnirin qrup mərhələsində 5 görüş keçirib. Serbiya, Makedoniya, Bolqarıstan və Çilini təmsil edən rəqibləri üzərində inamlı qələbə qazanan Kənan, qrupda yalnız sloveniyalı şpaqaçıya uduzub. Qrup mərhələsini lider başa vuran şpaqaçımız bu nəticə ilə birbaşa 1/16 final mərhələsinə vəsiqə qazanıb. Burada rusiyalı rəqibi üzərində 15:6 hesablı qələbə qazanan Kənan, 1/8 finalda Böyük Britaniya təmsilçisi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə şpaqaçımız 13:15 hesabı ilə uduzub. Qılıncoynadanımız turniri 13-cü sırada başa vurub.  

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: