AZ
RU
EN
XƏBƏRLƏR
13 May 2018
Şpaqaçımız olimpiya çempionu ilə bacarmadı

Fransanın paytaxtı Parisdə kişi şpaqaçılar arasında Qran-pri seriyasından sayılan "Challenge SNCF Réseau" turniri keçrilib.

 

Dünyanın ən güclü şpaqaçıların qatıldığı turnirdə ölkəmizi Kənan Əliyev təmsil edib. Qrup mərhələsində Kolumbiya və Yaponiya təmsilçilərinə qalib gələn şpaqaçımız, Özbəkistan, Misir, ABŞ və Almaniyadan olan rəqiblərinə uduzsa da, növbəti mərhələyə adlamağı bacarıb. Burada isə təmsilçimizin rəqibi olimpiya çempionu, italiyalı şpaqaçı Matteo Taqliariol olub. Görüş İtaliya təmsilçisinin 15:9 hesablı qələbəsi ilə başa çatıb. 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: