AZ
RU
EN
XƏBƏRLƏR
19 May 2018
Qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib

Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsas zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 90 qılıncoynadan medallar uğrunda mübarizə aparır. İlk olaraq, turnirin açılış mərasimi baş tutub. Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.Yarışın ilk günündə sablya və rapira növündə qaliblər müəyyənləşib:

Sablya.Qadınlar:

1. Sevil Bünyatova
2. Sevinc Bünyatova
3. Nərminə Cəfərova
3. Aysel Əhədova

Sablya.Kişilər:

1. Abdulla Həsənov
2. Cavanşir Ağakişiyev
3. Xalid Əsədov
3. Elvin Rzazadə

Rapira.Qadınlar:

1. Elmira Xudaverdiyeva
2. Sevil Bünyatova
3. Nərminə Cəfərova
3. Sevinc Bünyatova

Rapira. Kişilər:

1. Cavanşir Ağakişiyev
2. Elvin Rzazadə
3. Rəhim Əmirov
3. Marat Aminov

Qaliblər diplom və medallarla təltif olunublar. Bundan əlavə mükafatçılara AQF tərəfindən hədiyyə kuponları təqdim olunub.
Qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah şpaqaçıların mübarizəsindən sonra yekun vurulacaq.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: