AZ
RU
EN
XƏBƏRLƏR
17 İyun 2018
Serbiyanın Novıy Sad şəhərində qılıncoynatma üzrə Avropa çempionatına start verilib.

Serbiyanın Novıy Sad şəhərində startı verilən qitə çempionatının ilk yarış günündə qadınlar arasında sablya, kişilər arasında rapirada qaliblər müəyyənləşib. 

Təmsilçilərimizdən Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vurmaqla pley-offa adlayıb. Növbəti mərhələdə Türkiyə təmsilçisi İranə Şcukla ilə qarşılaşan sablyaçımız rəqibinə 8:15 hesabı ilə uduzub. Qrup mərhələsində keçirdiyi 5 görüşdən yalnız 1-ni qalib başa vuran Sevinc Bünyatova isə mübarizəni erkən dayandırıb.
Qılıncoynadanlarımızdan rapirada yarışan Cavanşir Ağakişiyev qrupda keçirdiyi 6 görüşdə qələbə qazana bilməyib və mübarizəni ilk mərhələdə dayandırıb. 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: