AZ
RU
EN
XƏBƏRLƏR
19 İyul 2018
Kişi sablyaçımız dünya çempionatında çıxışını başa vurdu

Bu gün Çinin Usi şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına start verilib.

Turnir qadın şpaqaçıların və kişi sablyaçıların mübarizəsi ilə başlayıb. Təmsilçilərimizdən sablya üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev yarışın ilk günündə mübarizəyə qoşulub. İlk dəfə böyüklərin dünya çempionatında iştirak edən sablyaçımız qrup mərhələsində Çin, Rusiya, Ukrayna, Gürcüstan və Honkonqu təmsil edən rəqiblərinə uduzub. Daha iki təmsilçimiz sabah çıxış edəcək. Kənan Əliyev və Barat Quliyev kişilərin şəxsi şpaqa yarışında mübarizə aparacaq. Çinin Usi şəhərində keçirilən mundiala iyulun 27-də yekun vurulacaq.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: