AZ
RU
EN
XƏBƏRLƏR
23 Sentyabr 2018
Sablyaçılarımız Plovdivdə keçirilən "Satellite" kateqoriyalı turnirdə çıxış edib

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə "Satellite" kateqoriyalı turnir keçirilib.

Turnirin ikinci yarış günündə qadın sablyaçıların fərdi mübarizəsinə start verilib. Sablyaçılarımızdan Səbinə Kərimova qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-də qələbə qazanıb. Eyni nəticəyə Sevil Bünyatova da imza atıb. Sevil qrupda keçirdiyi 5 görüşdən 4-nü qalib başa vurub. Sevinc Bünyatova qrup mərhələsi çərçivəsində keçirdiyi 5 görüşdən 3-də, Aysel Əhədova isə 5 görüşdən 2-də qalib gəlib. Təmsilçilərimizdən Aysel Əhədova 1/16 finalda bolqarıstanlı Yoana İliyevaya 7:15 hesabı ilə uduzub. 1/16 finalda Çex Respublikası təmsilçisi Klara Hanzlikovaya 15:5 hesabı ilə qalib gələn Sevil Bünyatova 1/8 finalda bolqarıstanlı Yoana İliyevaya 9:15 hesabı ilə məğlub olub. Digər sablyaçımız Səbinə Kərimova isə 1/16 finalda macarıstanlı Mirabella Kelecsenyiyə 14:15 hesabı ilə uduzub. 1/16 finalda bolqarıstanlı Teodora Vutovaya 15:6 hesabı ilə qalib gələn Sevinc Bünyatova isə 1/8 finalda meksikalı Natalya Botelloya 8:15 hesabı ilə məğlub olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: