AZ
RU
EN
XƏBƏRLƏR
11 Noyabr 2018
Qadın sablyaçılarımız Dünya Kubokunda iştirak edib

Fransanın Orlean şəhərində sablya üzrə qadınların Dünya Kuboku yarışı keçirilib.

Turnirdə ölkəmizi Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacıları,Aysel Əhədova təmsil edib. Sablyaçılarımız həm şəxsi, həm komanda yarışlarında qüvvəsini sınayıb. Təmsilçilərimizdən Səbinə Kərimova qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Pley-offda almaniyalı Anna Limbaxı 15:10 hesabı ilə məğlub edən Kərimova, növbəti mərhələdə Yunanıstan idmançısı Despina Georgidouya 8:15 hesabı ilə uduzub. Səbinə Kərimova 190 iştirakçı arasında 70-ci olub. Qrupda keçirdiyi 6 görüşdən 4-də qələbə qazanan Sevil Bünyatova da pley-offa vəsiə qazanmağı bacarıb. Pley-offda keçirdiyi ilk görüşdə fransalı sablyaçı Amelia Aimeyə 15:10 hesabı ilə qalib əglən Sevil, növbəti mərhələdə Rusiya idmançısı Valeriya Bolşakovaya 10:15 hesabı ilə uduzub. Sevil Bünyatova idmançıların yekun sıralamasında 77-ci yerdə qərarlaşıb. Bolşakova Sevillə qarşılaşmazdan öncə pley-off mərhələsinin ilk görüşündə, qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanan Sevinc Bünyatovanı 8:15 hesabı ilə məğlub edib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən yalnız 1-ni qalib başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Bu gün isə sablya üzrə qadınlardan ibarət yığmamız Fransanın Orlean şəhərində keçirilən Dünya Kubokunda komanda yarışında iştirak edib. 1/16 finalda Belarusa 37:45 hesabı ilə uduzan sablyaçılarımız komanda yarışında 18-ci olub.    

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: