AZ
RU
EN
XƏBƏRLƏR
19 Noyabr 2018
Şpaqaçılarımız gənclərin Dünya Kubokunda çıxışını başa vurub

Şpaqaçılarımız Barat Quliyev, Xalid Əliyev, Ruslan Həsənov və Fərrux Səfərov 17-18 noyabr tarixlərində Latviyanın paytaxtı Riqada keçirilən gənclər arasında Dünya Kubokunda iştirak edib.

Təmsilçilərimizdən Ruslan Həsənov qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vurmaqla qrup mərhələsini uğurla adlayıb. Ruslan pley-offda ABŞ idmançısı Adrien Zein Sandlerə 9:15 hesabı ilə uduzub. Həsənov yekun sıralamada 233 idmançı arasında 88-ci olub. Fərrux Səfərov qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazansa da, bu nəticə pley-offa adlamaq üçün yetərli olmayıb. Barat Quliyev qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gəlməyi bacarıbsa, Xalid Əliyev qrupda keçirdiyi 6 görüşdə qələbə qazana bilməyib. Kişilərdən ibarət şpaqa üzrə komandamız gənclərin komanda yarışında 1/32 finalda Estoniya ilə qarşılaşıb. Görüş rəqibin 29:45 hesablı qələbəsi ilə başa çatıb.

 

 

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: