AZ
RU
EN
XƏBƏRLƏR
20 Noyabr 2018
Şpaqaçılarımız açıq Gürcüstan çempionatında qızıl medal qazandı

"Təhsil" Respublika İdman Mərkəzinin 7 №-li  İOEUGİM və 13 №-li İOEUGİM-in qılıncoynadanları Gürcüstanın Qardabani şəhərində keçirilən açıq çempionatda iştirak ediblər. 

Şpaqaçımız Azərin İdriszadə 2004-2005 təvəllüdlü qılıncoynadanların yarışında finalda Eva Adamyan üzərində 10:8 hesablı qələbə qazanaraq turnirin qalibi olub. 2006-2008 təvəllüdlü oğlan şpaqaçıların yarışında isə idmançımız Kamil Georq birinci, Nicat Səmədov ikinci, Məmmədağa Bayramov isə üçüncü olub. Yarışda fərqlənən qılıncoynadanlarımız Abbas Səmədli, Mirxətai Məmmədov və Nuray Qədirova isə təşkilatçılar tərəfindən diplomla təltif olunublar.   

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: