AZ
RU
EN
XƏBƏRLƏR
25 Noyabr 2018
Şpaqaçılarımız Berndə keçirilən Qran Pri turnirində çıxışını başa vurub

23-25 noyabr tarixlərində İsveçrənin Bern şəhərində şpaqa üzrə böyüklər arasında Qran Pri yarışları keçirilib.

Şpaqaçılarımız turnirdə 4 qılıncoynadanla təmsil olunub. Təmsilçilərimiz həm fərdi, həm də komanda yarışında qüvvəsini sıınayıb. Kənan Əliyev qrup mərhələsində keçirdiyi 6 görüşdə 4-də qalib gəlib. Şpaqaçımız pley-offda isveçrəli Bryus Brunolda 12:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gələn Barat Quliyev, Ruslan Həsənov və Xalid Əliyev isə mübarizəni erkən başa vurub. Komanda yarışında 1/16 finalda Fransa ilə qarşılaşan şpaqaçılarımız rəqibinə 16:45 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 4-cü mərtəbə
Tel: +994 (12) 404-54-23
Email: