AZ
RU
EN
XƏBƏRLƏR
05 Yanvar 2019
Gənc sablyaçılarımız Budapeştdə keçirilən Dünya Kubokunda iştirak edib

Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində gənclər arasında sablya üzrə Dünya Kuboku yarışı keçirilib.

Turnirdə ölkəmizi Aysel Əhədova, Nərminə Cəfərova və Cavanşir Ağakişiyev təmsil edib. Qadın sablyaçıların mübarizəsində Nərminə Cəfərova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-ni qalib başa vurmaqla pley-offa adlayıb. Cəfərova 1/64 finalda Rusiya idmançısı Anna Korolyovaya 12:15 hesabı ilə uduzub. Digər sablyaçımız Aysel Əhədova isə  qrupda keçirdiyi 6 görüşdə 4-də qalib gəlib. Əhədova 1/64 finalda İtaliya təmsilçisi Klaudia Rotiliyə 3:15 hesabı ilə məğlub olub. Kişi sablyaçıların yarışında Cavanşir Ağakişiyev qrup mərhələsi çərçivəsində keçirdiyi 6 görüşdən 4-də qələbə qazanıb. Ağakişiyev 1/64 finalda Almaniya idmançısı Ralf Rommelspaçerə 12:15 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: