AZ
RU
EN
XƏBƏRLƏR
27 Yanvar 2019
Sablyaçılarımız Dünya Kuboku mərhələsinin şəxsi yarışında iştirak edib

Sablya üzrə qadınlardan ibarət yığma komandamızın üzvləri Amerika Birləşmiş Ştatlarının Solt Leyk Siti şəhərində keçilən Dünya Kuboku mərhələsində şəxsi yarışda çıxış edib.

Sablyaçılarımızdan Səbinə Kərimova qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-nü qalib başa vurmaqla pley-offa yüksəlib. 1/32 finalda Macarıstan təmsilçisi Liza Puştayla qarşılaşan Səbinə gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə 14:15 hesabı ilə uduzub. Sevinc Bünyatova qrupda keçirdiyi 6 görüşdən 3-də,Sevil Bünyatova isə 1-də qalib gələrək pley-offa vəsiqə qazana bilməyib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: