AZ
RU
EN
XƏBƏRLƏR
28 Yanvar 2019
Sablyaçılarımız Türkiyə və Böyük Britaniyaya qalib gəldi

Amerika Birləşmiş Ştatlarının Solt Leyk Siti şəhərində sablya üzrə qadınların Dünya Kuboku mərhələ yarışına yekun vurulub.

Turnirin sonuncu günündə komanda yarışında qalibin adına aydınlıq gəlib. Səbinə Kərimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət komandamız 1/16 final mərhələsində Türkiyə yığmasına 45:44 hesabı ilə qalib gəlib. 1/8 finalda Fransa sablyaçılarına 25:45 hesabı ilə uduzan komandamız, 9-16-cı yerlər uğrunda görüşdə İspaniyaya 21:45 hesabı ilə məğlub olub. Sablya üzrə qadınlardan ibarət yığma komandamız 13-16-cı yerlər uğrunda qarşılaşmada Honkonqa 42:45 hesabı ilə uduzsalar da, gərgin keçən 15-ci yer uğrunda görüşdə Böyük Britaniya millisinə 45:44 hesabı ilə qalib gəlməyi bacarıb. Beləliklə, sablyaçılarımız Dünya Kuboku mərhələsinin komanda yarışında 15-ci yeri tutub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: