AZ
RU
EN
XƏBƏRLƏR
04 Fevral 2019
Gənc şpaqaçılarımız Belqradda keçirilən Dünya Kubokunda çıxış edib

Serbiyanın paytaxtı Belqrad şəhərində qılıncoynatmanın şpaqa növü üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

 Şpaqaçılarımızdan Ruslan Həsənov kişilərin şəxsi yarışında qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qələbə qazanmaqla pley-offa vəsiqə qazanıb. Pley-offda Macarıstan idmançısı Nandor Zakmari üzərində 15:6 hesablı qələbə qazanan şpaqaçımız 1/64 finalda italiyalı Alessandro Ciniyə 12:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 5 görüşdən 3-nü qalib başa vuran Barat Quliyev isə pley-offda Belarus təmsilçisi İvan Baxvalaunu 15:13 hesabı ilə məğlub edib. Quliyev 1/64 finalda fransalı Teo Kollinə 9:15 hesabı ilə uduzub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qalib ayrılan Xalid Əliyev pley-offda rusiyalı Aleksandr Sobolevə uduzub. (7:15) Şpaqaçılarımızdan Kənan Məlikzadə isə qrupda keçirdiyi 5 görüşdə məğlub olub. Şpaqaçılarımız komanda yarışında 1/16 finalda Qazaxıstan yığmasına uduzub. (43:45)

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: