AZ
RU
EN
XƏBƏRLƏR
10 Fevral 2019
Cavanşir Ağakişiyev Dünya Kubokunda çıxışını başa vurub

Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclərin Dünya Kuboku mərhələsi yarışı keçirilir.

Turnirin ilk günündə kişi sablyaçıların şəxsi yarışında qaliblərin adlarına aydınlıq gəlib. Qrupda keçirdiyi 5 görüşdən 2-ni qalib başa vuran milli komandamızın üzvü Cavanşir Ağakişiyev pley-off mərhələsinə adlayıb. Cavanşir 1/64 finalda Almaniya idmançısı Adrian Degenə 15:9 hesabı ilə qalib gəlib. 1/32 finalda gərgin keçən mübarizədə İtaliya təmsilçisi Roma Lorenzoya 12:15 hesabı ilə uduzan Cavanşir Ağakişiyev ümumulikdə 100 iştirakçı arasında 61-ci olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: