![]() |
![]() |
Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.
Turnirin son günündə qadın sablyaçılar mübarizə aparıb. Milli komandamızın üzvü Aysel Əhədova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qalib gəlməklə pley-offa vəsiqə qazanıb. 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 hesabı ilə qalib gələn Aysel növbəti mərhələdə Polşa təmsilçisi Zuzanna Kieslara eyni hesabla uduzub (11:15). Aysel Əhədova yekun sıralamada 63-cü sırada qərarlaşıb.
Paylaş
© Azərbaycan Qılıncoynatma Federasiyası Müəllif hüquqları qorunur. |