AZ
RU
EN
XƏBƏRLƏR
25 Fevral 2019
Yeniyetmə qılıncoynadanlarımız İtaliyada keçirilən Avropa birinciliyində mübarizəyə başlayıb

İtaliyanın Foggia şəhərində yeniyetmə və gənclər arasında Avropa birinciliyinə start verilib.

Qılıncoynadanlarımızdan yeniyetmə şpaqaçıların şəxsi mübarizəsində Barat Quliyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gəlməklə, pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda Serbiya təmsilçisi Yakov Planoyeviçi 15:14 hesabı ilə məğlub edib. Barat 1/32 finalda Fransa idmançısı Pol Fortinə 11:15 hesabı ilə uduzub.Yeniyetmə oğlanların sablya üzrə şəxsi yarışında isə Murad Əkbərov qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-ni qalib başa vurub. Saleh Məmmədov və Maqsud Hüseynli isə qrup mərhləsində keçirdiyi 6 görüşdə qələbə qazana bilməyib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: