AZ
RU
EN
XƏBƏRLƏR
26 Fevral 2019
Kənan Məlikzadə medalın bir addımlığında dayandı

Bu gün Rusiyanın Pyatiqorsk şəhərində əməkdar bədən tərbiyəsi və idman xadimi Anatoliy Samburovun xatirəsinə həsr olumuş ənənəvi açıq çempionata start verilib.

Turnirdə Azərbaycan, Rusiya və Ukraynanı təmsil edən qılıncoynadanlar yarışır. İlk yarış günündə 2002-2005 təvəllüdlü 82 qız və 76 oğlan turnirin mükafatları uğrunda mübarizə aparıb. Qızların yarışında şpaqaçılarımızdan Azərin İdriszadə və Nazilə Rəhimova qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlib. Məryam Sadıxova 4, Alfiyə Abdinova isə qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanıb. 1/32 finalda Nazilə Rəhimova rusiyalı Yelizaveta Sergeyivanı 15:1 hesabı ilə məğlub edib. Bu mərhələdə Ukrayna təmsilçisi Arina Koçanovayla qarşılaşan Azərin İdriszadə isə görüşü 15:7 hesabı ilə irəlidə bitirib. Digər iki təmsilçimizdən Məryəm Sadıxova Layma Kuduxovaya 8:15, Alfiyə Abdinova isə Ornel Cusoyevaya 13:15 hesabı ilə uduzaraq, mübarizəni 1/32 finalda dayandırıb. Qılıncoynadanlarımızdan növbəti mərhələyə adlayan Azərin İdriszadə və Nazilə Rəhimova turnirin 1/16 finalında üz-üzə gəliblər. Görüş Azərinin 15:12 hesablı qələbəsi ilə başa çatıb. Şpaqaçımız 1/8 finalda Rusiya idmançısı Ulyana Mordvinçevaya 5:15 hesabı ilə məğlub olub.

Oğlan şpaqaçılarımıza gəlincə Kənan Məlikzadə qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlib. Raul Aruslanov isə  6 görüşdən 1-ni qalib başa vurmaqla qrup mərhələsini adlaya bilməyib. Kənan 1/32 finalda  İlya Rubleva (Rusiya) 15:6, 1/16 finalda isə Kiril Sokolova (Rusiya) 15:5 hesabı ilə qalib gəlib. Şpaqaçımız turnirin 1/8 finalında da uğurlu çıxışla yadda qalıb. Məlikzadə bu mərhələdə Aleksandr Kolomiyçevi (Rusiya) 15:9 hesabı ilə məğlub edib. 1/4 finalda Ukrayna təmsilçisi  Dmitri Çebotareva 8:15 hesabı ilə uduzan Kənan medalın bir addımlığında dayanıb. Sabah yarışın rəsmi açılış mərasimi baş tutucaq. Sabah keçiriləcək yarış günündə 2005-2007 təvəllüdlü qılıncoynadanlar qüvvəsini sınayacaq.  

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: