AZ
RU
EN
XƏBƏRLƏR
28 Fevral 2019
Cavanşir Ağakişiyev gənc sablyaçıların Avropa birinciliyində çıxış edib

İtaliyanın Foggia şəhərində keçirilən yeniyetmə və gənclər arasında Avropa birinciliyinin növbəti yarış günündə gənc qadın şpaqaçılar və kişi sablyaçıların şəxsi mübarizəsində qaliblərin adlarına aydınlıq gəlib.

 Kişi sablyaçıların yarışında ölkəmizi təmsil edən Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazanıb. Təmsilçimiz 1/32 finalda Almaniya idmançısı Antonio Heazkokla qarşılaşıb. Gərgin keçən qarşılaşma Heazkokun 15:14 hesablı qələbəsi ilə başa çatıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: