AZ
RU
EN
XƏBƏRLƏR
01 Mart 2019
Şpaqaçılarımız Samburovun xatirəsinə həsr olunmuş turnirdə çıxışını başa vurub

Rusiyanın Pyatiqorsk şəhərində əməkdar bədən tərbiyəsi və idman xadimi Anatoliy Samburovoun xatirəsinə həsr olunmuş açıq turnirə yekun vurulub.

 Ötən gün 2002-2005 təvəllüdlü şpaqaçı oğlan və qızlar arasında komanda yarışı keçirilib. Oğlan şpaqaçıların yarışında Kənan Məlikzadə, Raul Aruslanov və Orxan Həsənli 1/8 finalda Krasnodarı təmsil edən həmkarlarını 45:41 hesabı ilə məğlub edib. Oğlan şpaqaçılarımız 1/4 finalda Ukrayna komandasına 38:45 hesabı ilə uduzub. Şpaqaçılarımız 5-8-ci yerlər uğrunda Pyatiqorsk-3 və Pyatiqorsk-2 komandasına 45:38 hesabı ilə qalib gəlib. Oğlan şpaqaçılarımız yekunda 11 komanda arasında 5-ci olub. Qız şpaqaçılarımıza gəlincə Azərin İdriszadə, Məryəm Sadıxova,Nazilə Rəhimova və Alfiyə Abdinovadan ibarət komandamız 1/8 finalda Osetiya-2 komandasına 45:27 hesabı ilə qalib gəlib. Şpaqaçı qızlarımız 1/4 finalda Pyatiqorsk-2 komandası üzərində 45:31 hesablı qələbə qazanıb. Komandamız yarımfinalda Alaniya-3 komandasına 38:45 hesabı ilə uduzub.

Bu gün isə 2007 və daha kiçik təvəllüdlü şpaqaçılar arasında qaliblər müəyyənləşib. 76 qız, 64 oğlanın yarışdığı turnirdə Xədicə Həsənli qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlib. Mirxətai Məmmədov qrupda keçirdiyi 6 görüşdən 2-də, Aynur Quliyeva isə 1-də qələbə qazanıb. 1/32 finalda Aynur Quliyeva osetiyalı Darya Belaya 10:12 hesabı ilə uduzub. Bu mərhələdə Xədicə Həsənli osetiyalı Lana Doquzovanı 12:0, Mirxətai Məmmədov isə digər osetiyalı idmançı Aslanbey Tatuyevi 12:1 hesabı ilə məğlub edib. 1/16 finalda Xədicə Həsənli osetiyalı SvetlanaTuskayevaya 12:7 hesabı ilə qalib gəlib. Mirxətai Məmmədov isə Krasnodar təmsilçisi Oleq Qalaşevskoya 4:12 hesabı ilə uduzub. 1/8 finalda Xədicə Həsənli rostovlu şpaqaçı Kseniya Malikovaya 6:12 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: