AZ
RU
EN
XƏBƏRLƏR
02 Mart 2019
Ruslan Həsənov Avropa birinciliyində 20-ci oldu

İtaliyanın Foggia şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyinin növbəti yarış günündə gənc kişi şpaqaçılarımız mübarizəyə qoşulub.

Təmsilçilərimizdən Ruslan Həsənov qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlməklə birbaşa 1/32 finala vəsiqə qazanıb. Həsənov bu mərhələdə Xorvatiya idmançısı Vedran Markotanı 15:10 hesabı ilə məğlub edib. Ruslan 1/16 finalda Macarıstan təmsilçisi Bens Bendlə qarşılaşıb. Gərgin keçən qarşılaşmanın əsas vaxtı 9:9 hesabı ilə başa çatdığdan əlavə 1 dəqiqə artırılıb. Görüşün yekunda rəqib şpaqaçı təmsilçimizə 10:9 hesabı ilə qalib gəlib. Həsənov 100 şpaqaçı arasında yarışı 20-ci sırada tamamlayıb. Digər şpaqaçımız Xalid Əliyev isə qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazanmağı bacarıb. Qılıncoynadanımız 1/64 finalda finlandiyalı Oskar Kilyanderə 10:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 2-ni qalib başa vuran Fərrux Səfərov isə 1/64 finalda Rumıniya idmançısı Adam Macskaya 7:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 1-də qalib gələn Barat Quliyev isə pley-offa yüksələ bilməyib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: