AZ
RU
EN
XƏBƏRLƏR
04 Mart 2019
Gənc kişi şpaqaçılarımız Avropa birinciliyinin komanda yarışında iştirak edib

İtaliyanın Foggia şəhərində yeniyetmə və gənclərin Avropa birinciliyinə yekun vurulub.

 Son yarış günündə Ruslan Həsənov, Xalid Əliyev, Barat Quliyev və Fərrux Səfərovdan ibarət gənc şpaqaçılarımız komanda yarışında qüvvəsini sınayıb. 1/16 finalda Finladiya komandasına 45:37 hesabı ilə qalib gələn təmsilçilərimiz 1/8 finalda fransalı həmkarlarına 20:42 hesabı ilə uduzub. Şpaqaçılarımız 9-12-ci yerlər uğrunda görüşdə Norveçə 34:45 hesabı ilə məğlub olub. 13-14-cü yerlər uğrunda görüşdə Estoniyaya uduzan (34:45) şpaqaçılarımız, 15-ci yer uğrunda görüşdə Böyük Britaniyadan 1 xal geri qalıb (44:45).

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: