AZ
RU
EN
XƏBƏRLƏR
07 İyul 2019
Qadın sablyaçılarımız Universiadada çıxışını başa vurub

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasının növbəti yarış günündə qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib başa vuran Anna Başta 6 qələbə ilə birbaşa 1/16 finala yüksəlib. Anna bu mərhələdə Meksika idmançısı Vanessa İnfante üzərində 15:9 hesablı qələbə qazanıb. Sablyaçımız eyni nəticəni 1/8 finalda da təkrarlayıb. Anna Başta Qazaxıstan təmsilçisi Aibike Xabibullinanı 15:9 hesabı ilə üstələyib. Başta 1/4 finalda koreyalı qılıncoynadan Jeon Suinlə qarşılaşıb. Gərgin keçən döyüşün sonunda Anna rəqibinə 11:15 hesabı ilə uduzub. Digər sablyaçımız Valeriya Bolşakova isə qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vurmaqla birbaşa 1/16 finala vəsiqə qazanıb. Bolşakova bu mərhələdə Macarıstan təmsilçisi Petra Zahonyi ilə üz-üzə gəlib. Gərgin keçən görüşün sonunda Valeriya rəqibinə 14:15 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: