AZ
RU
EN
XƏBƏRLƏR
18 İyul 2019
Kərimova,Başta və Bolşakova dünya çempionatının əsas mərhələsinə yüksəlib

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında 3-cü yarış gününə yekun vurulub.

 Qadın sablyaçıların şəxsi yarışında Anna Başta,Səbinə Kərimova və Valeriya Bolşakova bu kateqoriya üzrə turnirin əsas mərhələsinə vəsiqə qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gələn Anna Başta bu nəticə sayəsində birbaşa 64-lüyə yüksəlib.Anna Başta 32 ən güclü qadın sablyaçı sırasına yüksəlmək uğrunda görüşdə Almaniya təmsilçisi Li Kruegerlə qarşılaşacaq. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Səbinə Kərimova isə pley-offda Tunis idmançısı Amira Ben Çaabaneni 15:11 hesabı ilə məğlub edib. Kərimova ardınca əlcəzairli sablyaçı Nora Zohra Kehli üzərində 15:9 hesablı qalibiyyət əldə edib. Səbinə Kərimova əsas mərhələdə Çin təmsilçisi Yaqi Şao ilə qarşılaşacaq. Qrupda keçirdiyi görüşlərdə 4 qələbə qazanan Valeriya Bolşakova da ilkin mərhələni uğurla adlayıb. Meksikalı sablyaçı Vanessa İnfanteni 15:11 hesabı ilə məğlub edən Bolşakova 64-lüyə yüksəlib. Valeriyanın növbəti rəqibi İtaliya idmançısı Rosella Qreqoriyadır. Qrup mərhələsini 4 qələbə ilə bitirən Sevil Bünyatova isə pley-offda İspaniya təmsilçisi Selia Suensa Perezə 14:15 hesabı ilə uduzub. Sablya üzrə qadınlar arasında şəxsi yarışın əsas mərhələsi iyulun 20-də keçiriləcək.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: