AZ
RU
EN
XƏBƏRLƏR
09 Sentyabr 2019
Kişi şpaqaçılarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə iştirak edib

7-8 sentyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində şpaqa üzrə “Satellite” turniri keçirilib.

Kişi şpaqaçıların mübarizəsində ölkəmizi Kənan Əliyev,Ruslan Həsənov,Barat Quliyev və Fərrux Səfərov təmsil edib.Qrup mərhələsində keçirdiyi 5 görüşdən 3-nü qalib başa vuran Barat Quliyev 1/16 finalda Qırğızıstan idmançısı Bakutbek Uluu İlimə 15:10 hesabı ilə qalib gəlib.Quliyev 1/8 finalda adıçəkilən ölkənin digər təmsilçisi Zhumabai Uluu Danuşmana 8:15 hesabı ilə uduzub. Qrup mərhələsində 3 qələbə qazanmaqla pley-offa yüksələn Fərrux Səfərov isə 1/16 finalda Qazaxıstan idmançısı Dmitriy Aleksaninə 9:15 hesabı ilə məğlub olub.Qrup mərhələsində keçirdiyi 5 görüşdən 1-də qalib gələn Kənan Əliyev və Ruslan Həsənov isə pley-offa yüksələ bilməyib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: