AZ
RU
EN
XƏBƏRLƏR
25 Sentyabr 2019
Zərifə Hüseynova Rusiyada keçirilən turnirdə 3-cü yer tutdu

Yeniyetmə sablyaçılarımız Rusiyanın Moskva şəhərində yerləşən ikiqat olimpiya çempionu İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində təlim-məşq toplanışındadır.

Maqsud Hüseynli,Saleh Məmmədov,Murad Əkbərov və Zərifə Hüseynova Rusiyanın yeniyetmələrdən ibarət komandası ilə birgə hazırlıqlarını davam etdirir.Təlim-məşq toplanışı çərçivəsində yeniyetmə sablyaçımız Zərifə Hüseynova Qılıncoynatma Mərkəzində 2006-cı il təvəllüdlü sablyaçılar arasında açıq turnirə qatılıb. Hüseynova 19 idmançı arasında 3-cü yer tutub.Sentyabrın 19-da başlayan təlim-məşq toplanışına ayın 30-da yekun vurulacaq.Toplanış 19-20 oktyabr tarixlərində Moskvada keçiriləcək yeniyetmələrin “European Cadet Circuit” turnirinə hazırlıq xarakteri daşıyır.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: