AZ
RU
EN
XƏBƏRLƏR
14 Oktyabr 2019
Xədicə Həsənli Türkiyədə keçirilən turnirdə bürünc medal qazanıb

Türkiyənin Konya şəhərində 14 yaşadək şpaqaçılar arasında açıq turnir keçirilib.

14 yaşlı qız şpaqaçıların yarışında iştirak edən Xədicə Həsənli turnirin bürünc medal qazanıb.Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran Xədicə uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib. Şpaqaçımız 1/32 finalda Tuqca Çokrolamaşı (15:1), 1/16-də Asya Gökmanı (15:4),1/8 finalda isə Elif İşlakı (15:9) məğlub edib.1/4 finalda Eqe Çot üzərində 15:8 hesablı qələbə qazanan Xədicə yarımfinalda turnirin qalibi Naz Gökkaya 9:15 hesabı ilə uduzsa da,ən güclü 4 şpaqaçı sırasına yüksəlməklə yarışın bürünc medalını təmin edib. Turnirdə iştirak edən digər təmsilçilərimizdən Aynur Quliyev 4 qələbə ilə qrupu adlayaraq, 1/32 finala yüksəlib.Aynur bu mərhələdə Xədicə Gülsümə 15:10 hesabı ilə qalib gəlsə də, 1/16 finalda Zeynəb Sevim Üçkayaya 5:15 hesabı ulə uduzub.

12 yaşadək şpaqaçıların yarışında isə Yəhya Məmmədov qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gəlməklə pley-offa adlayıb.Yəhya 1/32 finalda Alp Tardu Karaçörə 5:15 hesabı ilə məğlub olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: