AZ
RU
EN
XƏBƏRLƏR
22 Oktyabr 2019
Yeniyetmə oğlan sablyaçılarımız komanda yarışında 9-cu olub

Yeniyetmə sablyaçılarımız Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “European Cadet Circuit” turnirində çıxış edib.

 2003-2006 təvəllüdlü yeniyetmə sablyaçılar arasında keçirilən yarışda ümumilikdə 151 qılıncoynadan iştirak edib. Oğlanların şəxsi yarışında sablyaçılarımızdan Maqsud Hüseynli 19, Murad Əkbərov 29,Saleh Məmmədov isə yekun sıralamada 51-ci olub. Qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova 17,Sara Aydəmirova isə bu kateqoriya üzrə 70 iştirakçı arasında 47-ci olub. Sablyaçılarımızın hamısı qrup mərhələsini adlamağı bacarıb. Sara Aydəmirova və Saleh Məmmədov  1/16 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar. Maqsud Hüseynli,Murad Əkbərov və Zərifə Hüseynova isə 1/8 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar.Maqsud Hüseynli,Murad Əkbərov və Saleh Məmmədovdan ibarət trio oğlan sablyaçıların komanda yarışında rusiyalı həmyaşıdlarına 34:45 hesabı ilə uduzub. Oğlan sablyaçılarımız 17 komanda arasında 9-cu yeri tutub. Turnirdə ölkəmizlə yanaşı, Rusiya,Avstriya,Belarus,Almaniya,Fransa və İsraili təmsil edən yeniyetmə oğlan və qız sablyaçılar iştirak edib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: