AZ
RU
EN
XƏBƏRLƏR
01 Noyabr 2019
Kənan Əliyev Ümumrusiya açıq turnirində 7-ci oldu

Kişi şpaqaçılarımız Rusiyanın Smolensk şəhərində keçirilən Ümumrusiya açıq turnirində iştirak edib.

Şpaqaçılarımızdan ən yaxşı nəticəni Kənan Əliyev göstərib. Qrup mərhələsini 5 qələbə ilə başa vuran Kənan Əliyev pley-off mərhələsinin ilk görüşündə Roman Fyodorova 15:6 hesabı ilə qalib gəlib. Şpaqaçımızın Pavel Buzinovla keçirilən görüşünün əsas vaxtı isə 13:13 hesabı ilə bitdiyindən görüş ilk zərbəyə kimi davam edib.Burada isə 1 dəqiqə ərzində rəqibinə ilk zərbəni endirən Kənan 14:13 hesablı qələbə sayəsində ən güclü 16 şpaqaçı sırasına yüksəlib.Burada Oleq Knışa 9:15 hesabı ilə uduzan Kənan,təsəlliverici görüşlərə qatılıb.İlk Təsəlliverici görüşündə İvan Limarevə 15:8 hesabı ilə qalib gələn Kənan, ardınca Yeqor Lomaqanı 15:7 hesabı ilə məğlub edib. Bu qələbələr sayəsində ən güclü 8 şpaqaçı sırasına yüksəlib Kənan Əliyev 1/4 finalda Avropa çempionu Pavel Suxova 8:15 hesabı ilə məğlub olub. Kənan Əliyev yekun sıralamada 112 iştirakçı arasında 7-ci olub. Digər şpaqaçılarımızdan qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov 1/64 finalda qrup mərhələsini 3 qələbə ilə bitirən digər idmançımız Xalid Əliyevlə üz-üzə gəlib. Şpaqaçılarımızın dueli Ruslanın 15:10 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti mərhələdə Nikita Qlazkovu 15:9 hesabı ilə məğlub edən Ruslan, 1/16 finalda Georgiy Bruyevə 11:15 hesabı ilə uduzub. Şpaqaçılarımızdan Kənan Məlikzadə qrup mərhələsində 2 qələbə qazansa da, zərbələrin fərqinə görə pley-offa adlamağı bacarıb. Məlikzadə bu mərhələdə Aleksey Rossolova 7:15 hesabı ilə uduzub.Qrup mərhələsində 2 qələbəsi olan Barat Quliyev və turniri qələbəsiz başa vuran Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb. Turnirdə Rusiya,Azərbaycan və Estoniyanı təmsil şpaqaçılar yarışıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: