AZ
RU
EN
XƏBƏRLƏR
11 Noyabr 2019
Gənc şpaqaçılarımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib

Şpaqa üzrə kişilərdən ibarət milli komandamız Latviyanın paytaxtı Riqa şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında (FIE Junior World Cup) turnirində çıxış edib.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov,Xalid Əliyev və Barat Quliyev pley-offa yüksəlib. Hər üç şpaqaçımız pley-off mərhələsinin ilk görüşündə məğlub olub. Ruslan Həsənov Kiril Pavlova (Qazaxıstan) 13:15,Xalid Əliyev Dominik Kaukerə (Macarıstan) 6:15, Barat Quliyev isə Timoti Franka (ABŞ) 11:15 hesabı ilə uduzub.Qrupda 1 qələbəsi olan Kənan Məlikzadə və Fərrux Səfərov mübarizəni erkən dayandırıb. Kişi şpaqaçıların komanda yarışında Ruslan Həsənov,Xalid Əliyev və Barat Quliyevdən ibarət kollektiv Norveç komandasına 36:45 hesabı ilə məğlub olub.  

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: