AZ
RU
EN
XƏBƏRLƏR
11 Noyabr 2019
Maqsud Hüseynli "European Cadet Circuit" yarışında 13-cü olub

Yeniyetmə sablyaçılarımız Türkiyənin İstanbul şəhərində keçirilən 17 yaşadək qılıncoynadanlar arasında “European Cadet Circuit” turnirində çıxış edib.

Oğlan sablyaçıların şəxsi yarışında qrup mərhələsində Maqsud Hüseynli 5, Murad Əkbərov 3,Saleh Məmmədov 2,Ayxan Xasiyev isə 1 qələbə qazanıb.Ayxan istisna olmaqla,digərləri pley-offa vəsiqə qazanıb. Pley-offda türkiyəli sablyaçı Hüseyn Erginə 15:9 hesabı ilə qalib gələn Maqsud,ardınca Çex Respublikası təmsilçisi Filip Holubeç üzərində 15:10 hesablı qələbə qazanıb. 1/4 final uğrunda görüşdə Simav Orhun Erkə 14:15 hesabı ilə uduzan Maqsud 89 iştirakçı arasında 13-cü olub.Digər oğlan sablyaçılarımızdan Saleh Məmmədov pley-offun ilk görüşündə 6:15, Murad Əkbərov isə 13:15 hesabı ilə məğlub olub. Yeniyetmə oğlan sablyaçıların komanda yarışında mübarizəyə 1/16 finaldan başlayan komandamız ilk görüşündə Türkiyənin 8-ci komandasına 45:22 hesabı ilə qalib gəlib. Komandamız 1/8 finalda Tükiyənin 2-ci komandasına 34:45 hesabı ilə uduzub.Komandamız 5-8-ci yerlər uğrunda görüşdə Türkiyənin 5-ci komandasına 45:38 hesabı ilə qalib gəlsə də, 5-ci yer uğrunda qarşılaşmada Bolqarıstana 36:45 hesabı ilə məğlub olub.

Qız sablyaçıların şəxsi yarışında Sara Aydəmirova qrup mərhələsini 5,Zərifə Hüseynova isə 4 qələbə ilə başa vuraraq pley-offa vəsiqə qazanıb.Qələbələrinin sayına görə birbaşa 1/16 finala vəsiqə qazanan Sara bu mərhələdə Si Rebekaha 8:15 hesabı ilə uduzub.Pley-offda mübarizəyə 1/32 finaldan başlayan Zərifə Hüseynova isə bu mərhələdə türkiyəli Atəş Hiranuru 15:3 hesabı ilə məğlub etsə də,1/16 finalda digər Türkiyə təmsilçisi İsil Ulusaloğluya 9:15 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: