![]() |
![]() |
Sablya üzrə qadınlardan ibarət millimiz Fransanın Orlean şəhərində keçirilən komandaların yarışında çıxış edib.
İlk görüşündə Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn sablyaçılarımız 16 ən güclü komanda sırasına yüksəlib.16-lıqda Fransa yığması ilə qarşılaşan komandamız güclü rəqibinə 34:45 hesabı ilə uduzub. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda görüşdə Yaponiyaya 45:39 hesabı ilə qalib gəlsə də,9-10-cu yerlər üçün görüşdə ABŞ komandasına 35:45 hesabı ilə uduzub. Anna Başta,Səbinə Kərimova,Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət kollektiv 11-ci yer uğrunda görüşdə Almaniya yığmasını 45:38 hesabı ilə məğlub edib.
Paylaş
© Azərbaycan Qılıncoynatma Federasiyası Müəllif hüquqları qorunur. |