AZ
RU
EN
XƏBƏRLƏR
02 Dekabr 2019
İsveçrənin Lozanna şəhərində FİE-nin konqresi konqresi baş tutub

20 ildən sonra Beynəlxalq Qılıncoynatma Federasiyasının ilin yekunlarına həsr olunan konqresi Beynəlxalq Olimpiya Komitəsinin yarandığı Lozanna şəhərində baş tutub.

300-dən artıq nümayəndə heyətinin iştirak etdiyi toplantı “SwissTech Convention” mərkəzində keçirilib.Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov tədbir iştirakçılarını salamladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax FİE prezidentinə olimpiya dəyərlərini əks etdirən xüsusi mükafatı təqdim edib.Konqresdə həmçinin 2021-ci ildə dünya çempionatının Misirdə keçirilməsi ilə bağlı qərar qəbul edilib.Eyni zamanda 2022-ci ildə keçiriməsi nəzərdə tutulan bütün çempionatların ev sahibi ölkələrinin namizədliyi prosesinə başlanılıb.Konqresdə Azərbaycan Qılıncoynatma Federasiyasını baş katib Vasif Məmmədov təmsil edib. Hazırda Beynəlxalq Qılıncoynatma Federasiyasına 157 ölkə üzvdür.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: