AZ
RU
EN
XƏBƏRLƏR
16 Dekabr 2019
Gənc şpaqaçılarımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib

Gənc kişi şpaqaçılarımız Yunanıstanın İraklion şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

Qrup mərhələsini 3 qələbə ilə başa vuran Ruslan Həsənov pley-off mərhələsinin ilk görüşündə rumıniyalı David Statieyə 15:10 hesabı ilə qalib gəlib. Ruslan 1/64 finalda Rusiya təmsilçisi Mixail Sprinə 11:12 hesabı ilə uduzub. Qrup mərhələsində 4 qələbə qazanan Xalid Əliyev isə 1/64 finalda polşalı Jan Soça 11:15 hesabı ilə məğlub olub. Qrupu 3 qələbə ilə bitirən Barat Quliyev pley-offda Yaponiya şpaqaçısı İnoue Taktomiyə 12:15 hesabı ilə məğlub olub.Şpaqaçılarımız komanda yarışında Avstriyaya 35:45 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: