AZ
RU
EN
XƏBƏRLƏR
12 Yanvar 2020
Kişi şpaqaçılarımız İsveç komandasına qalib gəlib

Şpaqa üzrə kişilərdən ibarət yığma komandamız Almaniyanın Haydenhaym şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.

Kənan Əliyev,Ruslan Həsənov,Xalid Əliyev və Barat Quliyevdən ibarət yığmamız turnirin sonuncu günündə komanda yarışında qüvvəsini sınayıb.Ən güclü 32 komanda sırasına yüksəlmək üçün keçirilən ilk görüşdə şpaqaçılarımız İsveç seçmə kollektivinə 45:43 hesabı ilə qalib gəlib.Komandamız 1/16 finalda Rusiya yığmasına 33:45 hesabı ilə uduzub. Yekun sıralamada 32-ci olan şpaqaçılarımız turnir cədvəlində İsveç,Səudiyyə Ərəbistanı və Lüksemburq komandalarını qabaqlayıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: