AZ
RU
EN
XƏBƏRLƏR
13 Yanvar 2020
Qadın sablyaçılarımız Monrealda keçirilən Qran-Pridə iştirak edib

Qadın sablyaçılarımız Kanadanın Monreal şəhərində keçirilən beynəlxalq Qran-Pridə iştirak edir.

Sablyaçılarımızdan Anna Başta şəxsi yarışda qrup mərhələsini 5 qələbə ilə başa vuraraq birbaşa əsas mərhələyə vəsiqə qazanıb. Anna 1/32 finalda Rusiya təmsilçisi Alina Mixaylovaya 13:15 hesabı ilə uduzub.Qrupu 4 qələbə ilə bitirən Səbinə Kərimova da əsas mərhələyə kimi irəliləməyi bacarıb. Səbinə pley-offda Cənubi Koreya idmançısı Hayounq Jeona 15:5 hesabı ilə qalib gəlib.Kərimova 1/32 finalda digər koreyalı sablyaçı Jisu Yuna 6:15 hesabı ilə məğlub olub. Qrupda 4 qələbəsi olan Valeriya Bolşakova İspaniya idmanşısı Araceli Navarroya 6:15 hesabı ilə məğlub olub.Pley-offa 3 qələbə ilə yüksələn Sevil Bünyatova isə fransalı Şarlin Taylandierə 11:15 hesabı ilə uduzub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: