AZ
RU
EN
XƏBƏRLƏR
19 Yanvar 2020
Ruslan Həsənov gənclərin Dünya Kubokunun mərhələ yarışında 5-ci oldu

Bəhreynin paytaxtı Manama şəhərində şpaqa üzrə gənclərin Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Milli komandamızın üzvlərindən Ruslan Həsənov ümumi göstəricidə 5-ci olub.Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Ruslan uğurlu çıxışın davamını pley-off mərhələsində də gətirib.1/16 finalda Yeni Zelandiya təmsilçisi Metyu Valkenburqu 15:11 hesabı ilə məğlub edən Həsənov ardınca rusiyalı Kirill Qurov üzərində 15:10 hesablı qələbə qazanıb.Ruslan Həsənov 1/4 finalda turnirin qalibi,Rusiya idmançısı Dmitriy Şvelidzeyə 11:15 hesabı ilə uduzub.
Qeyd edək ki,Həsənov ənənəvi keçirilən turnirdə ötən il gümüş medal qazanıb.
Digər şpaqaçılarımızdan qrup mərhələsini 4 qələbə ilə başa vuran Barat Quliyev ən güclü 32 şpaqaçı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə Səudiyyə Ərəbistanı təmsilçisi Əhməd Əldərbiyə 15:2 hesabı ilə qalib gəlib. Barat qələbə seriyasını misirli Məhəmməd Adamla görüşdə də davam etdirib.Quliyev rəqibi üzərində 15:10 hesablı qələbə qazanıb.Şpaqaçımız 1/4 finalda Rusiya şpaqaçısı İqor Qaninə 8:15 hesabı ilə uduzub.
Qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksələn Fərrux Səfərov isə 1/16 finalda Rusiya təmsilçisi Vladimir Tolasova 9:15 hesabı ilə məğlub olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: