AZ
RU
EN
XƏBƏRLƏR
20 Yanvar 2020
Zərifə Hüseynova Almaniyada keçirilən U-15 və U-17 turnirlərinin qalibi olub

14 yaşlı qılıncoynadanımız Zərifə Hüseynova Almaniyanın Münhen şəhərində keçirilən U-15 və U-17 kateqoriyalı açıq turnirlərin qalibi olub

Zərifə Hüseynova ilk olaraq 15 yaşadək sablyaçıların yarışında 18 iştirakçı arasında birinci olub.Sablyaçımız müvafiq kateqoriya üzrə 3 görüş keçirib.İlk görüşündə Lina Baueri (Almaniya) 15:6 hesabı ilə məğlub edən Zərifə ardınca digər Almaniya təmsilçisi Jozefin Koberi 15:4 hesabı ilə üstələyib.Zərifə həlledici görüşdə Tereza Landsleytnerə (Almaniya) 15:9 hesabı ilə qalib gəlib.
Zərifə eyni uğuru 17 yaşadək sablyaçıların yarışında da təkrarlayıb. Mübarizəyə 1/4 finaldan qoşulan Hüseynova ilk görüşündə Almaniya təmsilçisi Ruz Seyqneri 15:4 hesabı ilə məğlub edib.Sablyaçımız yarımfinalda Çex Respublikası idmançısı Kristina Bursikovaya aşkar üstünlüklə (15:2) qalib gəlib.Finalda Zərifənin rəqibi digəri çexiyalı sablyaçı Kristina Drahoradova olub.Görüş sablyaçımızın 15:9 hesablı qələbəsi ilə başa çatıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: