AZ
RU
EN
XƏBƏRLƏR
03 Fevral 2020
Şpaqaçılarımız Dünya Kubokunun mərhələ yarışında iştirak edib

Gənc şpaqaçılarımız Serbiyanın Belqrad şəhərində keçirilən gənclərin Dünya Kubokunun mərhələ yarışında iştirak edib.

Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Ruslan Həsənov pley-offda Macarıstan təmsilçisi Gergeli Kovacsa 8:15 hesabı ilə məğlub olub.Qrup mərhələsində 3 qələbəsi olan Barat Quliyev isə macarıstanlı şpaqaçı Osman-Tousona 8:15 hesabı ilə uduzub.Qrupu 3 qələbə il bitirən Fərrux Səfərov pley-off mərhələsinin ilk görüşündə sloveniyalı Dominik Steblaja 15:11 hesabı qalib gəlsə də,növbəti görüşündə ukraynalı Dmitro Mitrenkoya 7:15 hesabı ilə məğlub olub.Qrupu 2 qələbə ilə başa vuran Xalid Əliyev isə pley-offda fransalı Aleksis Messienə 9:15 hesabı ilə uduzub.Şpaçılarımız komanda yarışında İsrailə 41:45 hesabı ilə məğlub olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: