AZ
RU
EN
XƏBƏRLƏR
11 Fevral 2020
Nazilə Rəhimova 178 şpaqaçı arasında 22-ci oldu

Yeniyetmə şpaqaçılarımız Polşanın Krakov şəhərində keçirilən "Cader Circuit" turnirində iştirak edib.

Şpaqaçılarımızdan ən yaxşı göstərici Nazilə Rəhimovaya məxsusdur. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Nazilə pley-offda Kanada (15:14) və Ukrayna (15:11) şpaqaçılarına qalib gəlsə də, növbəti görüşündə Misir təmsilçisinə 14:15 hesabı ilə məğlub olub.Nazilə Rəhimova yekun sıralamada 178 şpaqaçı arasında 22-ci olub.
Qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-də qələbə qazanan Azərin İdriszadə pley-offda Ukrayna idmançısına 12:15 hesabı ilə uduzub.Qrup mərhələsini 3 qələbə ilə bitirən Alfiyə Abdinova isə pley-offda ingiltərəli rəqibinə 4:15 hesabı ilə məğlub olub.
Oğlan şpaqaçıların yarışında Raul Aruslanov mübarizəni qrup mərhələsində dayandırıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: