AZ
RU
EN
XƏBƏRLƏR
24 Fevral 2020
Yeniyetmə qılıncoynadanlarımız Avropa çempionatında mübarizəyə başlayıb

Qılıncoynadanlarımız Xorvatiyanın Poreç şəhərində şəhərində keçirilən yeniyetmə və gənclərlərin Avropa çempionatında mübarizəyə başlayıb.

Yeniyetmə sablyaçıların yarışında qrup mərhələsini mütləq nəticə (6 qələbə) başa vuran Zərifə Hüseynova pley-offda turnirin qalibi Fransa sablyaçısı Tori Toskaneyə 8:15 hesabı ilə uduzub.Qrup mərhələsini 2 qələbə ilə bitirən Sara Aydəmirova isə pley-offda fransalı Lola Tranquilliyə 5:15 hesabı ilə məğlub olub.Yeniyetmə şpaqaçıların yarışında qrup mərhələsində 1 qələbəsi olan Raul Aruslanov isə mübarizəni erkən dayandırıb.Yeniyetmə qız şpaqaçıların yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Nazilə Rəhimova digər qruplarda qeydə alınan nəticələrə əsasən pley-offa yüksəlməyyi bacarıb.Bu mərhələdə Lurde Qrabovskayteyə (Litva) 15:8 hesabı ilə qalib gələn Nazilə Rəhimova, 1/32 finalda fransalı Anna Vergnes üzərində 15:13 hesablı qələbə qazanıb.Nazilə 1/16 finalda Estoniya təmsilçisi Qabriela Truuseyə 8:15 hesabı ilə uduzub.Qrup mərhələsində 2 qələbə qazanan Alfiyə Abdinova və qrupu 1 qələbə ilə başa vuran Azərin İdriszadə isə ple-offa adlaya bilməyib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: