AZ
RU
EN
XƏBƏRLƏR
26 Fevral 2020
Yeniyetmə oğlan sablyaçılarımız Avropa çempionatının şəxsi yarışında çıxış edib

Yeniyetmə oğlan sablyaçılarımız Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında şəxsi yarışda qüvvəsini sınayıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Maqsud Hüseynli 1/32 finalda Belarus təmsilçisi Yauheni Kazhaneuskiyə 15:10 hesabı ilə qalib gəlib.Sablyaçımız 1/16 finalda turnirin qalibi Rusiya idmançısı Dmitriy Nasonova 5:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində 2 qələbəsi olan Saleh Məmmədov pley-offda İtaliya sablyaçısı Emanuel Nardellaya 7:15 hesabı ilə məğlub olub.Qrupda 1 qələbəsi olan Murad Əkbərov isə mübarizəni erkən dayandırıb.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: