AZ
RU
EN
XƏBƏRLƏR
27 Fevral 2020
Ruslan Həsənov Avropa birinciliyində 9-cu olub

Bu gün Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində gənc qılıncoynadanların mübarizəsinə start verilib.

Gənc kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov 100-dən çox iştirakçı arasında yekun sıralamada 9-cu olub.Qrup mərhələsini mütləq nəticə (6 qələbə) ilə başa vuran Ruslan Bolqarıstan təmsilçisi Yordan Qalabov üzərində 15:8 hesablı qələbə qazanıb. Həsənov 1/16 finalda İtaliya şpaqaçısı Enriko Piattini 15:7 hesabı ilə məğlub edib.Şpaqaçımız ən güclü 8 idmançı sırasına yüksəlmək uğrunda keçirilən görüşdə avstriyalı Biro Aleksandra 4:15 hesabı ilə məğlub olub.

Digər kişi şpaqaçılarımızdan Xalid Əliyev (5 qələbə), Fərrux Səfərov (5 qələbə) və Barat Quliyev (3 qələbə) də qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.Püşkün nəticələrinə əsasən Fərrux Səfərov və Barat Quliyev 1/32 finalda üz-üzə gəlib.Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən görüşdə Fərrux Barata 15:13 hesabı ilə qalib gəlib.Əliyev Xalid isə bu mərhələdə Türkiyə idmançısı Taha Hilmi Ekenlerə 14:15 hesabı ilə uduzub. Yekun sıralamada Fərrux Səfərov 22, Xalid Əliyev 34,Barat Quliyev isə 53-cü sırada qərarlaşıb.

Qadın sablyaçıların şəxsi yarışında yeganə təmsilçimiz Aysel Əhədova qrup mərhələsini 2 qələbə ilə başa vuraraq pley-offa yüksəlib.1/32 finalda Böyük Britaniya idmançısı Elsie Levellinə 15:13 hesabı ilə qalib gələn Aysel,1/16 finalda Rusiya sablyaçısı Mariya Zinyukinaya 7:15 hesabı ilə məğlub olub.Aysel Əhədova yekun sıralamada 31-ci olub.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: