AZ
RU
EN
XƏBƏRLƏR
14 Mart 2021
Qadın sablyaçılarımız Dünya Kubokunun komanda yarışında 11-ci oldu

Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən kişi və qadın sablyaçılar arasında Dünya Kubokunda komanda yarışlarında qaliblər müəyyənləşib.

Mübarizəyə 1/16 finaldan başlayan Anna Başta,Valeriya Bolşakova,Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət komandamız qadın sablyaçıların komanda yarışında Rumıniya yığmasını 45:32 hesabı ilə məğlub edib.Qadın sablyaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə turnirin reytinq favoritlərindən sayılan,finalda Polşa yığmasına 44:45 hesabı ilə məğlub olan İtaliya seçmə kollektivinə 26:45 hesabı ilə uduzub. 9-16-cı yerlər uğrunda görüşdə Almaniya yığması üzərində 45:42 hesablı qələbə qazanan komandamız,növbəti görüşdə ABŞ sablyaçılarına 32:45 hesabı ilə məğlub olub.11-ci yer uğrunda Gürcüstanın qadınlardan ibarət sablya yığması ilə qarşılaşan millimiz rəqibini 45:25 hesabı ilə məğlub edib.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: