AZ
RU
EN
XƏBƏRLƏR
01 Aprel 2021
Qılıncoynadanlarımız dünya birinciliyində çıxış edəcək

Qılıncoynatma üzrə milli komandamız 3-11 apreldə Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək yeniyetmə və gənclərin dünya birinciliyində iştirak edəcək.

Qılıncoynatmanın sablya növündə Murad Əkbərov,Maqsud Hüseynli və Saleh Məmmədov yeniyetmə və gənclərin şəxsi yarışında,eyni zamanda gənclərin komanda yarışında qüvvəsini sınayacaq.Zərifə Hüseynova yeniyetmə və gənclərin şəxsi,Aysel Əhədova isə yalnız gənclərin şəxsi yarışında mübarizə aparacaq.Şpaqada Ruslan Həsənov,Xalid Əliyev,Barat Quliyev və Fərrux Səfərov gənclərin şəxsi və komanda yarışında iştirak edəcək.Fuad Qurbanov isə yeniyetmə şpaqaçıların şəxsi yarışında debüt edəcək.Nazilə Rəhimova,Alfiya Abdinova,Azərin İdriszadə isə yeniyetmə və gənclərin şəxsi,bundan əalvə gənclərin komanda yarışında ölkəmizi təmsil edəcək.

 Çap etmək  Yuxarı  Geri

Paylaş


© Azərbaycan Qılıncoynatma Federasiyası
Müəllif hüquqları qorunur.
Unvan: Bakı ş., AZ 1065, Bakıxanov küç., 6,
Bridge Plaza, 10-cu mərtəbə
Tel: +994 (12) 499-85-66
Email: